Ağ ayı qar arabasını qaçırmaq istədi – VİDEO

03:00 02-03-2021 451

Ağ ayı qar arabasını qaçırmaq isəyib. Sözügedən kadrlar “Mən Arktikanı sevirəm” “Telegram” kanalında paylaşılıb.

Lenta.ru resursunun məlumatına görə, görüntülər Rusiyanın Yamal yarımadasında qeydə alınıb.

Kadrlarda vəhşi heyvanın qar arabasına yaxınlaşaraq, onu diqqətlə araşdırdığı görünür. Qida axtarışında olan ayı arabanın üzərindəki bütün çantaları qoxlayır. Daha sonra o, arabanı aşıraraq motorlu xizəyin altını da yoxlayır.  

Qeyd edək ki, Ağ ayıların insanların məksunlaşdığı ərazilərə gəlişi heç də nadir hal deyil.

Xatırladaq ki, bu yaxınlarda vəhşi heyvanların qida axtarışında tikinti meydançasına daxil olmasını əks etdirən videogörüntülər yayılmışdı.