ABŞ-da soyğunçular çantasını buraxmayan qadını yerlə sürüdülər – VİDEO

05:00 02-03-2021 559

ABŞ-ın Kaliforniya ştatında soyğunçuluq hadisəsi küçədə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, görüntülər ştatın Çin məhəlləsindəki bulvarda çəkilib.

Kadrlarda avtomobildə olan soyğunçuların dəniz sahili ilə gəzişən qadının çantasını əlində qopararaq qaçması əks olunur. Lakin inadkar qadın asanlıqla təslim olmaq istəmir və belə olduqda hadisə yerindən uzaqlaşmağa çalışan soyğunçular xanımı yerlə sürüməklə istəklərinə nail olurlar.