Azərbaycanla “Formula-1”in müqavilə müddəti uzadıldı

12:40 02-03-2021 326

Azərbaycanda “Formula-1” yarışının keçirilmə müddəti uzadılıb. 

HerGun.Az-ın xəbərinə görə, 2023-cü ildə müddəti bitməli olan üç illik müqavilə 2024-cü ildə başa çatacaq. Müqavilənin müddətinin uzadılmasına səbəb fors-major halıdır. 

Ötən il Bakıda pandemiya səbəbindən yarış baş tutmadığından tərəflər arasında imzalanmış müqavilənin müvafiq bəndinə əsasən, sözləşmə avtomatik uzadılıb. 

Səbuhi Musayev