Hollivud ulduzunun xanımı altı ay sonra yenidən ana oldu – FOTO

04:40 03-03-2021 517

Tanınmış amerikalı aktyor Alek Bolduinin həyat yoldaşı Hilariya 6-cı dəfə ana olub.

“Lenta.ru” portalının məlumatına görə, gənc xanım bu münasibətlə “Instagram” səhifəsində paylaşım edib.

Hadisənin qəribə tərəfi isə odur ki, Hilariya 6 ay öncə Eduardo Pau Lukas adlı oğlunu dünyaya gətirib. O, zaman cütlük bu hadisəni varisin doğulması kimi şərh edib. Cəmi 6 ay sonra onların yeni bir körpəsinin dünyaya gəlməsi isə inandırıcı görünmür.

Sosial şəbəkə istifadəçiləri ya sonuncu, ya da sonuncudan əvvəlki uşağın onların doğma övladları olmadığını ehtimal ediblər.

Qeyd edək ki, Alek Bolduinin Kim Besincerlə ilk nikahından da 24 yaşlı bir qızı var.