Cennifer Lopes yeni çimərlik geyimi ilə pərəstişkarlarını heyran qoydu - FOTO

10:40 03-03-2021 418

Hollivud ulduzu Cennifer Lopes çimərlik geyimində paylaşdığı fotoda fit bədən quruluşu ilə pərəstişkarlarını təəccübləndirib.

O cazibədar fotosunu “Instagram” hesabında dərc edib.

Foto J-Lonun “Shotgun wedding” filminin çəkilişləri üçün getdiyi Dominikan Respublikasında çəkilib.

Pərəstişkarları şəklin altındakı şərhlərdə aktrisanın baxımlı üzünü və formasını qoruyan bədənini yüksək qiymətləndiriblər.

Beş milyondan çox bəyənmə toplayan paylaşıma istifadəçilər “Gözəllik və gənclik xəzinəsi”, “Gənclik çeşməsini tapmısansa, bizimlə də paylaş”, “Axı, bu necə mümkündür?”, “Kraliça” kimi şərhlərlə heyranlıqlarını bildiriblər.