Livandakı etirazların beşinci günü - FOTO

01:00 07-03-2021 506

Livanda ardıcıl beşinci gündür ki, etiraz aksiyaları səngimək bilmir.

“RİA Novosti” agentliyi xəbər verir ki, hazırda Livanın Baş nazirinin səlahiyyətlərini icra edən Həssən Diyab ölkədəki etiraz aksiyalarına qiymət verərkən qeyd edib ki, hadisələr geri dönməz məcraya yönəlib və artıq yeddi aydır ölkədə yeni höküməti qurmaq mümkün olmayıb.

“Sosial böhran, ölkədəki maliyyə böhranı həll edilmədən həll edilə bilməz, maliyyə böhranının həlli isə Beynəlxalq Valyuta Fondu ilə danışıqların bərpasından keçir. Bu danışıqlar isə islahatlar olmadan mümkün deyil. Yeni hökumət olmadan isə heç bir islahat etmək mümkün olmayacaq”, - deyə Həssən Diyab vurğulayıb.