“Twitter”də ilk paylaşım hərraca çıxarılıb

01:20 07-03-2021 569

“Twitter”in qurucusu Cek Dorsin özünün ilk paylaşımını Valuables auksionunda hərraca çıxarıb.

“Sputnik” agentliyi xəbər verir ki, artıq onlayn auksionda C.Dorsinin ilk tvitinə bir milyon ABŞ dolları xərcləməyə hazır olan şəxs də var.

Qeyd olunur ki, C. Dorsi ilk tvitini 2006-cı ilin 21 mart tarixində paylaşıb.