Fransanın Lion şəhərində iğtişaşlar olub

03:00 07-03-2021 821

Fransanın Lion şəhəri yaxınlığındakı Bron kommunasında naməlum şəxslər iğtişaşlar törədib, polislərlə toqquşmalar olub.

Bu barədə “Le Progres” qəzeti məlumat yayıb.

İğtişaşlar nəticəsində bir neçə avtomobil yandırılıb, avtomobillərin küçələrdə hərəkəti çətinləşib.

Fransanın daxili işlər naziri Jerald Darmanen Bronda keçirilmiş xüsusi əməliyyat zamanı beş nəfərin saxlanıldığını bildirib.