“Tesla” yük avtomobilinin sınaqlarına başlayıb - VİDEO

23:20 16-03-2021 560

ABŞ-ın “Tesla” şirkəti elektrik yük avtomobilinin sınaqlarına başlayıb.

“İzvestiya” nəşrinin məlumatına görə, müvafiq videoçarx şirkətin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

Videoçarxda “Semi” elektrik yük avtomobilinin test poliqonundakı sınaq gedişi nümayiş edilir. Görüntülərdən avtomobilin qoşqusuz sınaqdan keçirildiyi aydın olur.  

Qeyd edək ki, elektromobilin ilkin təqdimatı hələ 2017-ci ilin noyabr ayında olub.

Nəqliyyat vasitəsi dörd müstəqil elektromühərriklə təchiz edilib. Avto beş saniyəyə sürətini 60km/saata çatdıra bilir.