“Pagani” ekstremal modelini təqdim etdi - FOTO

02:27 06-08-2019 980

“Pagani” şirkəti ilk müştərilərindən sayılan Benni Kayolanın şərəfinə adlandırılan “Huayra” rodsterinin yeni versiyasını 3.1 milyon avroya satmaq niyyətindədir.

HerGun.Az rus KİV-inə istinadən xəbər verir ki, qiymətin baha olması superkarın texniki göstəricilərinin mükəmməl olması ilə izah edilir.

“Huayra BC” modeli üçün italyanlar AMG-nin ənənəvi altı litr həcmli V12 mühərrikindən istifadə ediblər. Aqreqat 800 at gücü hasil edir.

Mühərrik “Xtrac” sevental sürətlər qutusu ilə çalışır. Dinamikanı artırmaq üçün çəki azaldılıb. Hətta sürətlər qutusunun da çəkisi üçdə bir qədər azaldılıb.

Rodsterin çəkisi 1217 kq-dır. “Pagani Huayra BC” yerindən 100 km/saat sürəti 2.5 saniyəyə əldə edir.

Şirkət cəmi 40 rodster istehsal etməyi planlaşdırır. Qiymət isə 3.1 milyon avro civarında müəyyənləşdirilib.

“Huayra BC” modeli Kaliforniyada sentyabr ayında keçiriləcək Avtomobil Həftəsində debüt edəcək.