Adam bıçaqladığına görə axtarışda olan şəxsdən psixotrop maddə və güllə aşkarlanıb - FOTO

15:00 05-04-2021 556

Adam bıçaqladığına görə axtarışda olan şəxsdən psixotrop maddə və döyüş sursatı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən 11.07.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş Lənkəran şəhər sakini Mirhəsən Ocaqov saxlanılıb.

Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 4 bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi, yaşadığı ünvandan isə avtomat silahına aid, 12 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.