İlin ən möhtəşəm şousu, “Fironların qızıl paradı”na çəkilən xərc açıqlandı - FOTO/VIDEO

06:20 07-04-2021 595

Misirdə həftə sonu keçirilən “Fironların qızıl paradı”na çəkilən xərc açıqlanıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, ilin ən möhtəşəm şousu adlanan tədbir 1,2 milyon dollara (təqribən 2,0 milyon manat) başa gəlib.

18 kral və dörd kraliça mumiyası ciddi təhlükəsizlik tədbirləri ilə Qahirədən çıxarılaraq beş kilometr kənarda yerləşən Misir Sivilizasiyası Milli Muzeyinə aparılıb.

Yeni muzeyə isə 38 milyon dollar (64,6 milyon manat) xərc çəkilib.