Hulusi Akar: “Qarabağdakı uğur tarixə qızıl hərflərlə yazılacaq” – VİDEO

23:20 07-04-2021 591

Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ilə birbaşa videobağlantısı baş tutub.

“Haber Global”ın məlumatına görə, görüş zamanı H.Akar bildirib ki, 30 ilə yaxındır davam edən haqsızlıq nəhayət ki sona çatıb. Qabağdakı uğur tarixə qızıl hərflərlə yazılacaq.

“Azərbaycanın işğaldan azad olunan ərazilərində normal həyat ən qısa müddətdə bərpa olunmalıdır. Bunun üçünsə bölgədənin təhhlükəsizliyi olduqca vacibdir. Qarabağın minalardan təmizlənməsi üçün biz öz əməkdaşlarımızı ora ezam etmişik və hazırda onlar ərazidə çalışırlar. Azərbaycanlı qardaşlarımız da bu işləri öyrənərək bizə dəstək olurlar.

Ümid edirik ki, təmizləmə işlərini yaxın zamanlarda başa vura və bu torpaqlarda normal həyatın bərpasına öz töhfəmizi verə biləcəyik. Hər kəs bilməlidir ki, Azərbaycanın hüquqlarını və maraqlarını müdafiə etməkdə Türkiyənin mövqeyi qətiyyətlidir”, - deyə nazir bildirib.