Azərbaycan nefti bahalaşır

10:40 09-04-2021 485

Azərbaycan neftinin qiyməti artıb.

“Azeri Light” markalı neftin bir bareli 0,95 ABŞ dolları və ya 1,54 faiz bahalaşıb.

Nəticədə dünya bazarında yerli neftin bir barelinin qiyməti 62,58 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.