Burak Özçivitin oğlu sükan arxasında - FOTO/VİDEO

08:00 13-04-2021 522

Türkiyənin məşhur aktyoru Burak Özçivit iki yaşlı oğlu Karan üçün “Instagram” hesabı yaradıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, @karanozcivit hesabında hazırda bir görüntü olmasına baxmayaraq, artıq səhifənin 200 minə yaxın üzvü var.

 

Bundan başqa Burak Özçivit oğlunun sükan arxasındakı fotolarını paylaşıb.

Xatırladaq ki, Burak Özçivitlə Türkiyənin ən gözəl aktrisalarından biri sayılan Fahriyye Evcen arasında eşq macərası adıçəkilən aktyorların baş rollarını ifa etdikləri “Çalıquşu” serialının çəkilişi zamanı başlayıb.

2017-ci ilin yazında Almaniyanın Zolinqen şəhərində nişanlanan cütlük həmin ilin iyun ayında İstanbulda evlənib. 2019-cu ilin aprel ayında isə cütlüyün oğlu dünyaya gəlib.

Hazırda Burak Özçivit  “Diriliş Osman” serialında Osmanlı imperiyasının banisi Osman Qazi rolunu canlandırır.