Soyunub-geyinmə otağında güzgünün arxasında gizli otaq aşkarlandı - VİDEO

06:20 15-04-2021 528

Amerikalı məktəbli qadınlar üçün soyunub-geyinmə otağında güzgünün arxasında gizli otaq tapıb.

Lenta.ru-nun məlumatına görə, bununla bağlı görüntünü “armane_j” ləqəbli şagird özünün “TikTok” hesabında paylaşıb.

Qızın spözlərinə görə, smartfonun kamerasını yandırıb güzgüyə yaxınlaşdırarkən gizli otağı aşkarlayıb.

Kadrlar az müddətdə 10 milyondan artıq baxış toplayıb.

Bir çox istifadəçilər gördükləri mənzərə ilə əlaqədar narahatlıqlarını bildiriblər. Bir çoxları isə “armane_j”nin ixtirasının onlarda yeni bir fobiya yaratdığını zarafatla bildiriblər.