Hollivud “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filminin remeykini çəkir - FOTO

10:40 17-04-2021 500

ABŞ-da Rusiya və Sovet kinorejissoru Eldar Ryazanovun “Taleyin ironiyası və ya həmişə təmizlikdə” (“İroniya sudbı, ili s leqkim parom”) filminin remeyki çəkiləcək.

Bu barədə “Star News” xəbər yayıb.

Hollivud versiyasında hələlik “About fate” işçi adını alan filmin rejissoru Maryus Vaysberqdir.

Remeykdə Hollivud aktyorları Emma Roberts, Tomas Mann, Harret Hedlund, Britt Robertson iştirak edəcək.

Çəkilişlər iyulun 1-də Bostonda başlayacaq.