Gədəbəydə ikimərtəbəli evdə yanğın olub

09:00 18-04-2021 496

Gədəbəy rayonunun Miskinli kəndində ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.