Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərlənib

19:00 18-04-2021 259

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

2004-cü il təvəllüdlü Aşurlu Vüsalə Vüqar qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

17 yaşlı gənc qızın hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.