Fransada təyyarə qəzasında dörd nəfər ölüb

20:40 18-04-2021 310

Fransada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Frans-Press” agentliyinin məlumatına əsasən, hadisə Parisdən şərqdə, Sen Patyu komunnası yaxınlığında baş verib.

Qəza nəticəsində dörd nəfər həlak olub.

Təyyarənin təlim-məşq uçuşu keçirdiyi bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.