Hacı Əliyevin əvəzləyicisi Avropa çempionatına erməni ilə güləşlə başlayacaq

22:40 18-04-2021 366

Sabah Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.

HerGun.Az xəbər verir ki, qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq.

Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib və yığma üzvlərinin ilk rəqibləri müəyyənləşib. Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyevin yoxluğunda (ailə məsələləri ilə bağlı səfərə getməyib – red.) onu əvəz edən edən ötənilki Avropa çempionatının bürünc mükafatçısı Əli Rəhimzadə ilk görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşacaq.

-57 kq 1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)

-61 kq 1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya)

-65 kq 1/8 final: Əli Rəhimzadə – Qevorq Tadevosyan (Ermənistan)

-70 kq 1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya)

-74 kq 1/16 final: Əşrəf Aşırov – Fazlı Əryılmaz (Türkiyə)

-79 kq 1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)

-86 kq 1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya)

-92 kq 1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya)

-97 kq 1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)

Qeyd edək ki, sabah 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkidə güləşənlər isə növbəti gün xalça üzərinə çıxacaq.