Bakıda ağır qəza: Heydər Əliyev prospektində üç avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
00:00 19-04-2021 352
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, prospektin “Bağırov körpüsü” adlanan ərazisində iki “Toyota” və bir “Opel” markalı avtomobil toqquşub.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və DYP əməkdaşları cəlb edilib.
Xəsarət alan üç nəfər xəstəxanaya aparılıblar.
Qəzanın baş vermə səbəbi araşdırılır.