Avropa Superliqasının sponsoru bəlli oldu

19:40 19-04-2021 446

ABŞ-ın “JPMorgan Chase & Co” maliyyə şirkəti Avropa Superliqasının ilk sponsoru olacaq.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata əsasən, şirkət Superliqa ilə 23 illik əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, Superliqanın fəaliyyət göstərəcəyi ilk ildə ABŞ bankı turnirə 4 milyard avro sərmayə yatıracaq. Bunun müqabilində isə şirkət turnirdə pay sahibi olacaq.

Qeyd edək ki, “JP Morgan” futbol aləminə yaxın olan maliyyə qurumlarından biridir. Hazırda “Manchester United”in icraçı direktoru Ed Vudvard keçmiş bank rəhbərlərindən biri olub. Ötən illərdə bank “Roma”, “İnter” və “Real” kimi klubların bir sıra layihələrini maliyyələşdirib.