Niderland kralı “Avroviziya” səhnəsinə çıxdı – FOTO

09:20 23-04-2021 399

Niderland kralı Villem Aleksandr “Avroviziya” mahnı müsabiqəsinə hazırlıq işləri ilə tanış olmaq üçün Rotterdamdakı “Ahoy” arenasına gəlib. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Müsabiqənin “Instagram” səhifəsindən isə bildirilib ki, 30 gün sonra səhnə üzrə hazırlıq işlərinə yekun vurulacaq.

Hazırda mütəxəssislər işıqlandırma işləri ilə məşğul olur, daha sonra isə səs avadanlıqlarını quraşdıracaqlar.

Qeyd edək ki, “Avroviziya 2021” 18-22 may aralığında keçiriləcək.