DSX rəisi: “Sərhədçilər PUA-lar vasitəsilə düşmənin 290 hədəfini məhv edib”

15:00 08-05-2021 491

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu gün Dövlət Sərhəd Xidməti Akademiyasının (DSX) 10-cu buraxılışı münasibətilə keçirilən təntənəli mərasim deyib.

Onun sözlərinə görə, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.