Kris Hemsvorta rəqsinə görə “yox” deyə bilmədi - FOTO/VİDEO

04:40 09-05-2021 641

Hollivud ulduzu Kris Hemsvort və həyat yoldaşı, aktrisa Elsa Pataki “White Party” tədbirində iştirak edib.

Bununla bağlı maraqlı görüntüləri ispaniyalı ulduz özünün “Instagram” hesabında paylaşıb. Aktrisa kadrlarda Krisin rəqs zamanı plastikliyini xüsusi vurğulayıb.

“Belə rəqs hərəkətlərinə mən necə “yox” deyə bilərdim?!” - deyə Elsa videoya şərh yazıb.

Xatırladaq ki, 37 yaşlı Hemsvort bu günlərə “Thor”un dördüncü filminə çəkilir. “The Avengers” filminin final səhnələri üçün kökələn aktyor yeni əsərdə əzələli pəhləvan kimi çıxış etməlidir. Bunun üçün Hemsvortun bir neçə ayını ağır məşqlərə həsr etdiyi bildirilir.