İldırım vurması 18 fili məhv etdi - FOTO/VİDEO

07:40 15-05-2021 549

Hindistanın Assam ştatında ildırım vurması nəticəsində 18 fil məhv olub.

“Reuters”in məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Bildirilir ki, yerli sakinlər əvvəlcə 14, sonra isə daha dörd filin cəsədini tapıblar.

Heyvanların ilkin ölüm səbəbi kimi ildırım vurması göstərilsə də, xəstəlik və zəhərlənmə halları da istisna edilmir. Bununla bağlı məhkəmə tibbi-ekspertiza təyin olunub.