11 yaşında olarkən Obamadan müsahibə götürən jurnalist vəfat edib - FOTO

06:20 17-05-2021 486

11 yaşında olarkən ABŞ-ın sabiq prezidenti Barak Obamadan müsahibə götürən Deymon Uiver vəfat edib.

“Palm Beach Post”un məlumatına görə, bu barədə onun bacısı Kendis Hardi xəbər verib.

Onun sözlərinə görə, qardaşı təbii səbəblərdən dünyasını dəyişib.

Qeyd edək ki, Deymon 2009-cu ildə ibtidai sinifdə oxuyarkən Ağ Evdə Obama ilə görüşmüş və ondan 10 dəqiqəlik müsahibə almışdı. O, prezidentdə əsasən, məktəb yeməkləri, həmyaşıdlarının zorakılığı və tələbələr arasındakı münaqişənin həlli ilə bağlı 12 sual vermişdi.

Bundan sonra şöhrət qazanan Uiver Obamadan əlavə, məşhur şəxsiyyətlərlə, o cümlədən Ağ Evin hazırkı başçısı Co Bayden, dünyanın tanınmış teleaparıcılarından olan Opra Uinfri və basketbolçu Dueyn Ueydlə də reportajlar hazırlamışdı.

Uiverin 23 yaşında dünyasını dəyişdiyi vurğulanır.