Yay mövsümündə uşaqlar üçün ölümcül təhlükəli meyvələrin adları açıqlanıb

04:20 18-05-2021 529

Yay mövsümündə uşaqlar üçün təhlükəli olan meyvələrin adları açıqlanıb. Bunlar şaftalı və ərik, daha doğrusu onların tumlarıdır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

Onun sözlərinə görə, tumların içindəki ləpələrdə zəhərli sianid turşusu var.

“Uşaqlıqda özümüz də daşla bu tumları qırır, ləpələrini yeyirdik. Ancaq sianid turşusu hətta ölümlə nəticələnə biləcək zəhərlənmə yaradır. Hər il yayda məhz sionid turşusundan zəhərlənmə ilə əlaqədar bu ləpələri yeyən uşaqların ölümləri qeydə alınır”, - deyə həkim vurğulayıb.