Playboy modeli plastik əməliyyatlardan peşmançılığını dilə gətirdi - FOTO

05:40 18-05-2021 335

Playboy modeli Cu İsen 100 000 dollar (170 000 AZN) xərclədiyi plastik əməliyyatlar üçün peşmançılığını dilə gətirib.

Bu barədə “Daily Star” xəbər yayıb.

Bildirilir ki, 35 yaşlı qadın son 10 ildə 50-yə yaxın kosmetik prosedur həyata keçirib.

Onun sözlərinə görə, əvvəllər əməliyyatın nəticələrindən razı qalıb, çünki dəyişiklik onu yeni qadın kimi hiss etdirib. Lakin zaman keçdikcə anlayıb ki, eyni nəticəni mütəmadi idmanla məşğul olmaqla da əldə etmək olardı.

Hazırda İsen öz formasını idman zalında məşqlər və velosiped sürməklə tonusda saxlayır.

Modelin sözlərinə görə, idmanla məşğul olmaq digər məsələlərlə yanaşı onu stresdən qoruyur, həmçinin libidonu yaxşılaşdırır.

“Sonda anlayırsan ki, sağlam həyat tərzi və idman bədən quruluşunun əsasını təşkil edir. Mən əməliyyatlara o qədər pul xərclədiyim üçün peşmanam”, - deyə model bildirib.