Neymara “Allahın sözünü çatdırmaq” istəyən şəxs onun evinə daxil olub

06:40 18-05-2021 401

Naməlum şəxs PSJ-nin hücumçusu Neymarın evinə daxil olub.

Sports.ru xəbər verir ki, 26 yaşlı Anqola mənşəli kişi futbolçunun villasının həyətində saxlanılıb.

Onun çantasında bir neçə “İncil” kitabı aşkar olunub. Saxlanılan şəxs ulduz oyunçuya “Allahın sözünü çatdırmaq” istədiyini bildirib.

Polisdən verilən məlumata görə, o, psixiatrik xəstəxanaya yerləşdirilib.