“8 Noyabr” stansiyasında Xudayarın ifası səslənəcək? - AÇIQLAMA + VİDEO

12:40 18-05-2021 327

“8 Noyabr” stansiyası ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bu barədə HerGun.Az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, “8 Noyabr” stansiyasında şəhid Xudayar Yusifzadənin ifasında musiqi səslənəcəyi ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Sosial şəbəkələrdə yayılan videoməlumat həqiqəti əks etdirmir. Bu, quraşdırma və montajdır”.

Könül Cəfərli