Şahzadə Harri narkotik və spirtli içki aludəçiliyi barədə etiraf edib - FOTO

04:00 22-05-2021 512

Şahzadə Harri narkotik istifadə etdiyini və mütəmadi olaraq bir gündə bir həftəlik dozada spirtli içki qəbul etdiyini etiraf edib.

Kraliça II Elizabetin nəvəsi bu barədə “The Sun”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, Şahzadə Diananın itkisinin acısını azaltmaq üçün belə bir addım atıb. Belə ki, anasının yasını saxlamaq üçün ona nə vaxt, nə də yer verməyiblər və bu, Harrinin içməyə, həmçinin narkotik qəbul etməyə sövq edib.

“İçməyə hazır idim, narkotik qəbul etmək istəyirdim, hisslərimi yaşamamaq üçün məni fərqli hiss etdirən hər şeyi sınamağa hazır idim”, - deyə o, etiraf edib.

Müsahibə zamanı məlum olub ki, o, 17 yaşında marixuana istifadə edərkən atası şahzadə Çarlz tərəfindən yaxalanıb, bundan sonra reabilitasiya mərkəzinə yerləşdirilib.