Qəzəbli qadın ərini kilometrlərlə avtomobilinin kapotunda “gəzdirdi” - VİDEO

06:00 25-05-2021 553

Rusiyada qəribə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, qəzəbli qadının ərini 8 km avtomobilinin kapotunda gəzdirdiyi barədə görüntülər yayılıb.

Kadrları 360 TV təqdim edib.

Videoda qadının avtomobilində sükan arxasına keçdiyi, kişinin isə onu saxlamaq cəhdləri görünür.

Maraqlıdır ki, maşın işıqforlarda dayananarkən ərinin kapotdan düşmə imkanı olsa da, o, bunu etməyib.

Məlumata görə, hadisə nəticəsində kişi zərər çəkməyib, qadını isə sürücülük hüququndan məhrumetmə gözləyir.