Elnarədən maraqlı etiraf: “9 aydır ki, ətir vurmuram” - VİDEO

11:40 01-06-2021 536

ARB TV-nin “SözBaz” verilişinin növbəti qonağı müğənni Elnarə Xəlilova olub. 

Müğənni maraqlı açıqlama verib: 

“Özümdə bir şey hiss etdim, bunu ilk dəfədir deyirəm. Sentyabrdan bu yana artıq 9 aydır ki, mən ətir vurmuram. Ehtiyac da duymuram və yadıma da düşmür. Sevdiyimiz ətirlər var. Nəinki vurmaq, hətta burnuma belə yaxınlaşdıra bilmirəm. Mənim üçün ətir hər zaman əhval-ruhiyyədir. Mənim o qədər əhvalım yoxdur. Artıq tükənmişəm”.