Müğənni qızı ilə duetini təqdim etdi - FOTO/VİDEO

15:40 01-06-2021 543

Balaca Nani böyük səhnəyə çıxır. “Bəyaz həyat” serialının sevilən obrazı üç yaşlı Nani, indi isə 21 yaşında olan Emiliya illər sonra müğənni kimi “Emmy Lia” səhnə adı ilə fəaliyyətə başlayır.

Artıq bir müddətdir sənət aləmində “Sivva” səhnə adı ilə fəaliyyət göstərən, bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni mahnısını təqdim edib. O, ilk dəfə qızı Emiliya ilə duet oxuyub. Mahnı türk və ingiliscədir. Müasir tərzdə ərsəyə gələn mahnıda gənc Emiliya reper kimi çıxış edir. Sözləri ona, musiqisi isə anası Sevincə məxsusdur. Sözlərdə sevgi, yarımçıq qalan eşq və ayrılıq obrazlı tərzdə ifadə olunub.

Ana-balanın ingiliscə “Swan”, yəni “Qu quşu” adlanan duetlərini məhz 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təqdim etməsi də təsadüfi deyil. Əsas mesaj odur ki, əgər uşaqlar qu quşu kimi pak, həm də mələklər kimi safdırlarsa, onların ən böyük qoruyucusu analarıdır. O mələklərin bəzən qanadları sına bilər, lakin hər zaman ana onların yanındadır.

Xatırladaq ki, Emiliya Türkiyədə təhsil alıb. Uşaq vaxtı bir çox film, serial və kliplərdə yaddaqalan obrazları canlandırıb.