Qızından super modelə xoş sürpriz - FOTO

04:40 03-06-2021 493

Alman süper model Haydi Klum böyük qızı tərəfindən xoş ad günü sürprizi alıb. Belə ki, özü kimi model olan Leni anası ilə birlidə şəkillərini özünün “Instagram” hesabından paylaşıb.

Kadrların birində Leninin uşaqlıq dövründə anası ilə birlikdə çəkdirdikləri şəkil, digərində isə yeni görüntüləri əks olunub.

“Ən yaxın rəfiqəmin ad günü”, - deyə Leni paylaşımına şərh yazıb.

Qeyd edək ki, Leni hazırda anası kimi modellik karyerasını qurur. Onun fotosu artıq “Vogue” jurnalının üz qabınıda dərc olunub.