Şeyma Subaşı üç aylıq hamilədir

06:00 03-06-2021 477

Türkiyəli məşhur bloqer Şeyma Subaşının hamilə olması ilə bağlı iddialar gündəm yaradıb.

30 yaşlı sosial media fenomenin Qanlı Ay tutulması paylaşımında bütün pozalarda əli ilə qarnını gizləməsi diqqətlərdən yayınmayıb.

“Günaydın” xəbər verir ki, Subaşı üç aylıq hamilədir.

Bir müddətdir misirli biznesmen sevgilisi Mohammed Alsaloussi ilə sevgili olan məşhur nikah hazırlıqlarına başladıqlarını da bildirmişdi.

O, hələ ki, hamilə olması ilə bağlı xəbərlərə reaksiya verməyib.

Subaşı ailə qurandan sonra keçmiş əri Acun İlıcalıdan aldığı aylıq 111 min lirə (21 855 AZN) təzminatdan məhrum olacaq.