Ağır xəstəliyə tutulan türkiyəli aktrisa müalicədən sonrakı görüntüsünü paylaşdı - FOTO

03:20 04-06-2021 522

Sinə xərçənginə yoluxan türkiyəli aktrisa Canan Ergüder müalicədən sonra fotosunu paylaşıb.

“Instagram” hesabından paylaşım edən aktrisa kimyaterapiyanın bitdiyini, hər şeyin yaxşı olduğunu bildirib.

Xatırladaq ki, Türkiyənin Star TV ekranlarında yayımlanan “Menajerimi ara” serialının baş rol ifaçısı Canan Ergüder xəstəliyə tutulandan sonra serialdan ayrılıb.