Billi Ayliş bu dəfə də klipi ilə təəccübləndirdi – VİDEO

06:00 04-06-2021 540

Bir müddət əvvəl stilini radikal şəkildə məşhur amerikalı müğənni Billi Ayliş bu dəfə yeni klipi ilə pərəstişkarlarını təəccübləndirib.

Bu barədə “Star News” xəbər yayıb.

“Lost Cause” adlı bəstənin təqdimatı ifaçının “YouTube” kanalında olub.

Billi Aylişdən əlavə rolikdə Eşli Nikol, Cou Cekson, Kerris Bruks, Leksi Smit, Natalya Santyaqo və Yuliana Maldonado da iştirak edib.

İfaçı özünün “Instagram” hesabında alovlu rəqslərin də olduğu çəkilişlər zamanı yaxşı vaxt keçirdiklərini bildirib.

Kadrlarda Billi kifayət qədər açıq-saçıq görüntüləri ilə də təəccübləndirib.

“Bu əladır”, “Ağzım açıq qaldı”, “Dəlisov klip”, kimi şərhlərlə istifadəçilər 18 milyondan artıq baxış toplayan yeni ifaya öz münasibətlərini bildiriblər.