Amerikalı reper alnına bərkitdiyi 24 milyon dollarlıq brilyantı çıxarıb

09:20 04-06-2021 530

Amerikalı reper Lil Uzi Vert (Saymir Vuds) alnına bərkitdiyi 24 milyon dollarlıq brilyantı çıxarıb.

Bu barədə “Page Six” məlumat yayıb.

26 yaşlı ifaçı Floridada Xatirə Günündə alnında çəhrəyı qiymətli daşı olmadan görünüb.

Reperin brilyantı alnından nə zaman çıxardığı məlum deyil.

Qeyd edək ki, Lil Uzi Vert bu ilin fevral ayında sözügedən qiymətli daşı alnına bərkidib. O, brilyantı almaq üçün dörd il pul yığdığını bildirib. Əməliyyatı ulduz zərgər Elliot Elliante icra edib.