“Marvel” məşhur personajını öldürməyi düşünür

08:40 07-06-2021 679

“Marvel Comics” nəşriyyatı məşhur personajlarından biri olan Həkim Strencin ölümünü anons edib.

Bu barədə şirkətin saytı məlumat yayıb.

“Marvelin baş sehrbazı barədə sonuncu rəvayət sentyabrda başlayacaq”, - deyə xəbərdə bildirilib.

Bununla yanaşı, “Həkim Strencin ölümü” adlı komikslər silsiləsinin təsviri dərc olunub.

Qeyd edək ki, adıçəkilən komikslər 1963-cü ildən nəşr olunur.