Qonşular əl birliyi ilə yanğının ortasından uşaqları xilas etdilər - VİDEO

03:40 12-06-2021 535

Qonşuların cəsarəti sayəsində mənzildə alovun əsarətində qalan üç uşaq xilas edilib.

Kp.ru-nun məlumatına görə, hadisə Rusiyanın Kostroma vilayətində qeydə alınıb.

Bununla bağlı yayılan kadrlardan görünür ki, qonşular su borusu ilə çıxaraq, uşaqları əldən-ələ ötürməklə yanğından xilas ediblər.

Onların valideynləri hadisə zamanı evdə olmayıb.

Ümumilikdə ailədə 4 uşaq olub: iki oğlan (10 və iki yaşlarında) və iki qız (dörd və iki yaş). Balacalardan biri hadisə vaxtı anasının yanında imiş.