Kıvanc Tatlıtuğ ata olacaq - FOTO

05:20 12-06-2021 526

Türkiyəli aktyor Kıvanc Tatlıtuğ ata olacaq.

“Sabah” xəbər verir ki, 37 yaşlı Tatlıtuğun 44 yaşlı arvadı Başak Dizer hamilədir.

Nümunəvi cütlük kimi tanınan məşhurlar tərəfindən hələ ki bununla bağlı açıqlama verilməyib.

Sosial mediada sevənləri bu xəbərə “Kıvancın qızı da olsa, oğlu da olsa gözəl olar”, “Ana gözəl, ata gözəl, körpə anadangəlmə şanslı olcaq”, “Ölkənin ən gözəl körpələrindən biri üçün geri sayım başladı” kimi şərhlər yazıblar.