Çində qasırğa: 13 nəfər ölüb, 200-dən çox tikili dağılıb

14:18 10-08-2019 728

Çinin şərqində baş vermiş “Lekima” adı verilən güclü qasırğa nəticəsində 13 nəfər ölüb.

Məlumata əsasən, 16 nəfər isə itkin düşüb.

Qasırğanın yaxınlaşması ilə əlaqədar “qırmızı” həyəcan siqnalı elan edilib.

Bundan əlavə, “Lekima” 200-dən artıq tikilini dağıdıb, üç mindən çoxunu isə zədələyib.

Daha əvvəl bildirilib ki, Çinə yaxınlaşan qasırğaya görə milyon nəfərdən çox insan təxliyyə olunub.