Modriç: “Biz Avro-2020 qarşılaşmalarından əvvəl diz çökməyəcəyik”

08:40 13-06-2021 407

“Xorvatiya millisinin futbolçuları Avro-2020 qarşılaşmalarından əvvəl diz çökməyəcəklər”.

Bu barədə Xorvatiya millisinin yarımmüdafiəçisi və kapitanı Luka Modriç danışıb.

“Bizim mövqeyimiz belədir – diz çökməyəcəyik. Xüsusi bir səbəb yoxdur, ancaq öz aramızda danışdıq və bunu etməməyə qərar verdik, çünki bu, irqçiliyə və ya futboldakı ayrı-seçkiliyə qarşı olmadığımız anlamına gəlmir.

Qeyd edək ki, Xorvatiya millisi ilk oyunda İngiltərə millisi ilə qarşılaşacaq. Oyun iyunun 13-də baş tutacaq.