ABŞ-da işə qayıdanlara 1600 dollar veriləcək

02:20 14-06-2021 354

ABŞ-ın Kolorado ştatında əmək fəaliyyətini bərpa edənlərə 1600 dollar ödəniş ediləcəyini nəzərdə tutan dövlət proqramına artıq 8000 nəfər qoşulub.

Bu barədə “ABC News” məlumat verib.

Bildirilib ki, sözügedən proqram üç həftə öncə elan olunub. “Colorado Jumpstart” şirkəti tərəfindən həyata keçiriləcək ödənişlər yalnız koronavirus pandemiyasına görə işini tərk etməli olan və işsizliyə görə müavinət alan şəxslərə veriləcək.

Qeyd olunub ki, artıq bir neçə statda da analoji proqramlar elan edilib.