“Kurtuluş Osman”ın Lenası vertiqoya tutulub - FOTO

07:20 26-06-2021 543

Türkiyənin “Kurtuluş Osman” serialında Lena obrazını canlandıran aktrisa Seray Kaya vertiqo (başgicəllənmə) xəstəliyi ilə mübarizə aparır.

“Snob Magazin”in kameralarına tuş gələn aktrisa bu barədə özü deyib.

Günorta saatlarında alış-veriş mərkəzindən çıxan aktrisa dekolteli qara paltarı ilə diqqət çəkib.

“Çətin şərtlərlə çəkilən, yorucu bir serialdan çıxdım. Onun üçün hazırda tətil havasındayam, istirahət etməliyəm”, - deyə o bildirib.

Aktrisa deyib ki, uzun illərdir vertiqo xəstəliyindən əziyyət çəkir.