Ordumuzun cəbhə bölgəsində döyüş atışları - FOTO/VİDEO

17:54 21-06-2019 893

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ssenariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən, aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də, şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər.