Türkiyəli “TikTok” fenomeni öldürülüb - FOTO

02:40 30-06-2021 504

Türkiyəli “TikTok” fenomeni Destina Masal Gülər sevgilisi Xəlil Mərtlə onun evinin bağçasında oturduğu yerdə silahlı hücuma məruz qalıb.

“Haberler” məlumat verir ki, mayın 13-də avtomobillə gələn şəxslərdən biri onlara tüfənglə 3 dəfə atəş açıb. Nəticədə 31 yaşlı sosial media fenomeni başından və boyunundan yaralanaraq ölüb. X.Mərt isə yüngül yaralanıb.

X.Mərt ifadəsində bildirib ki, silahlı şəxslərdən biri Kamal Çalık ilə narkotik maddə satdıqlarına görə mübahisə edib. Sonra həmin şəxs onu döysə də, şikayətçi olmayıb.

Polis hadisəni törədən Kamal Çalıkı həbs edib.